Aqrar Sığorta Fondu işçilərinin könüllü tibbi sığortası üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 35 manatdır.
İddiaçılar təkliflərini iyunun 5-nə qədər Fondun yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 175 ünvanına təqdim edə bilərlər.
Təkliflərə iyunun 4-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.