“Aqrar İnnovasiya və Təchizat Şirkəti"nin ötən ilki zərəri təxminən 1,8 milyon manata çatıb

Maliyyə
  • 24 may, 2025
  • 10:34
“Aqrar İnnovasiya və Təchizat Şirkətinin ötən ilki zərəri təxminən 1,8 milyon manata çatıb

Bu il yanvarın 1-nə “Aqrar İnnovasiya və Təchizat şirkəti" QSC-nin aktivləri 18,915 milyon manat olub ki, bu da illik müqayisədə 0,5 % azdır.

Bu barədə “Report” şirkətinin 2024-cü il üzrə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə "Aqrar İnnovasiya və Təchizat şirkəti"nin öhdəlikləri 10 % artaraq 16,521 milyon manata, balans kapitalı 40 % azalaraq 2,394 milyon manata çatıb.

Şirkət, 2024-cü ili 1,761 milyon manat zərərlə başa vurub. Bu, 2023-cü illə müqayisədə 3,2 % azdır.

Xatırladaq ki, “Aqrar İnnovasiya və Təchizat şirkəti" 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır. Şirkətin yeganə səhmdarı Afaq Məcidovadır.