"Apple" mənfəətin repatriasiyası üçün ABŞ-a 38 mlrd. dollar ödəyəcək

"Apple" mənfəətin repatriasiyası üçün ABŞ-a 38 mlrd. dollar ödəyəcək Bakı. 18 yanvar. REPORT.AZ/ Apple korporasiyası 38 mlrd. dollar həcmində birdəfəlik mənfəət vergisini ABŞ-a geri ödəmək istədiyini bildirib.
Maliyyə
18 Yanvar , 2018 18:06
Apple mənfəətin repatriasiyası üçün ABŞ-a 38 mlrd. dollar ödəyəcək

Bakı. 18 yanvar. REPORT.AZ/ "Apple" korporasiyası 38 mlrd. dollar həcmində birdəfəlik mənfəət vergisini ABŞ-a geri ödəmək istədiyini bildirib.

"Report" "The Wall Street Journal"a istinadən xəbər verir ki, bununla yanaşı, Şirkət yaxın 5 il ərzində ABŞ-a 30 mlrd. dollar həcmində sərmayə yatırmaq istədiyini və 20 min yeni iş yeri açmağı planlaşdırdığını qeyd edib.

"Apple"ın məlumatında bildirilir ki, vergi şəklində ödəməyi planlaşdırdığı vəsait dekabr ayında ABŞ-da qəbul edilmiş vergi islahatları qanunu çərçivəsində baş tutacaq. Yeni qanun şirkətlərə ölkə xaricində əldə edilən mənfəətə 15,5% vergi ödəmək imkanı yaradır. 

Xatırladaq ki, islahatlara qədər vergi dərəcəsi 35% təşkil edib. "Apple"in ödəyəcəyi 38 mlrd. dollar vergi 245,2 mlrd. dollar mənfəətin vergisi olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi