"Anglo-Asian Mining” səhmdarlarına dividend ödəyəcək

"Anglo-Asian Mining” səhmdarlarına dividend ödəyəcək Xüsusi dividendlərin verilməsi məsələsinə 2021-ci ilin birinci rübündə baxılacaq
Maliyyə
25 Sentyabr , 2020 12:23
Anglo-Asian Mining” səhmdarlarına dividend ödəyəcək

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti səhmdarlarına hər bir səhm üçün 4,5 ABŞ senti dividend ödəyəcək.

“Report” xəbər verir ki, bu barədə şirkətin bu ilin ilk yarım illiyi ilə bağlı hesabatında qeyd olunub.

Hesabata görə, bu,ötən ilin eyni dövrü ilə müqayisədə 29% çoxdur.

Şirkətin vergiyəqədərki mənfəəti 11,8 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin ilk altı ayı ilə müqayisədə 14,6% çoxdur.

Məlumata görə, xüsusi dividendlərin verilməsi məsələsinə 2021-ci ilin birinci rübündə baxılacaq.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Son xəbərlər

Orphus sistemi