“Anglo-Asian Mining” nağd vəsaitlərini 11,4 mln dollara artırıb

“Anglo-Asian Mining” nağd vəsaitlərini 11,4 mln dollara artırıb Bu ilin birinci yarım illiyinin sonuna şirkətin borcu olmayıb
Maliyyə
25 Sentyabr , 2020 15:15
“Anglo-Asian Mining” nağd vəsaitlərini 11,4 mln dollara artırıb

Bu ilin I yarısının sonuna Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin nağd vəsaitləri ilin əvvəli ilə müqayisədə 11,4 mln ABŞ dolları artıb.

“Report” xəbər verir ki, bu barədə şirkətin I yarımillə bağlı hesabatında qeyd olunub.

Hesabat dövrünə şirkətin nağd vəsaitləri 29,2 mln ABŞ dolları təşkil edib.

Bu ilin əvvəlinə şirkətin borcları 1,7 mln ABŞ dolları təşkil edirdisə, bu ilin birinci yarım illiyinin sonuna borcu olmayıb.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Son xəbərlər

Orphus sistemi