"Amrahbank"ın zərəri kəskin artıb

"Amrahbank"ın zərəri kəskin artıb Bakı. 17 aprel. REPORT.AZ/ “Amrahbank” ASC-nin aktivləri illik müqayisədə 18% azalaraq bu il aprelin 1-nə 198 326 319 manat təşkil edib.
Maliyyə
17 Aprel , 2018 14:08
Amrahbankın zərəri kəskin artıb

Bakı. 17 aprel. REPORT.AZ/ “Amrahbank” ASC-nin aktivləri illik müqayisədə 18% azalaraq bu il aprelin 1-nə 198 326 319 manat təşkil edib.

“Report”bu barədə Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə "Amrahbank"da kreditlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla müştərilərə verilmiş kreditlərin və avanslar 20% azalaraq 89 550 083 manata düşüb. 

Son 1 ildə Bankın cəmi öhədlikləri 15% azalaraq 161 215 641 manat, o cümlədən depozit portfeli 13% artaraq 142 253 240 manat olub. 

"Amrahbank" bu ilin I rübündə 5 384 097 manat zərər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur. 

Hesabat tarixinə Bankın bölüşdürülməmiş zərəri 14 708 397 min manat olub ki, bu da illik müqayisədə 2,4 dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi