​“Amrahbank Akademiyası” layihəsinin ilkin mərhələsi yekunlaşıb

​“Amrahbank Akademiyası” layihəsinin ilkin mərhələsi yekunlaşıb Bakı. 30 sentyabr. REPORT.AZ/ “Amrahbank” ASC-nin baş ofisində “Amrahbank Akademiyası” layihəsinin iştirakçılarına xüsusi sertifi...
Maliyyə
30 Sentyabr , 2014 15:36
​“Amrahbank Akademiyası” layihəsinin ilkin mərhələsi yekunlaşıb
Bakı. 30 sentyabr. REPORT.AZ/ “Amrahbank” ASC-nin baş ofisində “Amrahbank Akademiyası” layihəsinin iştirakçılarına xüsusi sertifikatlar verilib. “Report”un məlumatına görə, bu barədə bankın rəsmi saytında məlumat yayılıb.

Təltif olunma mərasimində Bankın İdarə Heyətinin sədri Emil Həsənov, İdarə Heyətinin üzvü Vüsal Musayev, Almaniya Əmanət Bankları Beynəlxalq Əməkdaşlıq Fondunun nümayəndəsi xanım Xuraman Hüseynzadə iştirak ediblər.

Xatırladaq ki, 2014-cü il avqustun 15-də “Amrahbank” özünün korporativ sosial məsuliyyət siyasəti çərçivəsində “Amrahbank Akademiyası” layihəsinə start verib. Layihənin əsas məqsədi gənclərin maliyyə savadlılığının artırılması, bank sahəsi üzrə biliklərin verilməsi, eləcə də “Amrahbank”ın yerli bank bazarında mövqeyi, bank tərəfindən təklif olunan məhsul və xidmətlərin tanınması daxildir. İştirakçıları əsasən gənclərdən ibarət olan bu layihə sentyabrın 15-dək davam edib.

Bu müddət ərzində bankın müxtəlif sahələr üzrə təşkilati struktur rəhbərləri, eləcə də xüsusi dəvət olunmuş ekspertlər tərəfindən müxtəlif mövzularda, o cümlədən karyera planlaması, kompetensiyanın qiymətləndirilməsi, kommunikasiya bacarıqları, ictimaiyyətlə əlaqələr və marketinq işinin effektiv təşkili, nağdsız ödənişlər, plastik kartlardan düzgün istifadə qaydaları, valyuta mövqeyinin peşəkar idarə olunması, depozit və kredit məhsulları üzrə seminarlar keçirilib.

Bundan başqa, müştəri xidmətlərinin təşkili ilə daha yaxından tanış olmaq üçün “Amrahbank”ın "28 May" və "Səbail" filiallarına ekskursiyalar təşkil olunub.

Son xəbərlər

Orphus sistemi