"Amrahbank"ın aktivləri 33% artıb

"Amrahbank"ın aktivləri 33% artıb Bank ilin 9 ayını 3,9 mln. manata zərərlə başa vurub
Maliyyə
21 Noyabr , 2016 18:10
Amrahbankın aktivləri 33% artıb

Bakı. 21 noyabr. REPORT.AZ/ "Amrahbank" ASC-nin aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 33,1% artaraq bu il, oktyabrın 1-nə 262,15 mln. manata çatıb. 

Bu barədə "Report" bankın maliyyə hesabatına istinadən xəbər verir. 

Son 1 ildə "Amrahbank"ın kredit portfeli 6% artaraq 139,456 mln. manat, depozit portfeli isə 2,4% artaraq 127,357 manat olub. Bank bu ilin ilk 9 ayını 3,869 mln. manat xalis zərərlə başa vurub. Bu, ötən ilin 9 ayının zərərindən 21,1% azdır. 

Xatırladaq ki, "Amrahbank" 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun nizamnamə kapitalı 39 844 400 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 100 manat olan 398 844 səhm əsasında formalaşıb. Səhmlərin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə (Müşahidə Şurasının sədri), 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə, 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.

Son xəbərlər

Orphus sistemi