“Amrah Sığorta”nın ləğv prosesi müzakirə olunacaq

“Amrah Sığorta”nın ləğv prosesi müzakirə olunacaq Dekabrın 11-də, saat 14:00-da “Amrah Sığorta” ASC-nın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Maliyyə
193
16 Noyabr , 2020 15:20
“Amrah Sığorta”nın ləğv prosesi müzakirə olunacaq

Dekabrın 11-i saat 14:00-da “Amrah Sığorta” ASC-nın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi, 38 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin ləğv olunması prosesinin müzakirə olunması məsələsi daxildir.

Xatırladaq ki, "Amrah Sığorta" 1993-cü ildə "Dəniz Biznes" adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 5,3 milyon manatdır. Şirkətin səhmlərinin 85%-i Yunis İldırımzadəyə, 15%-i isə onun oğlu Əmrah İldırımzadəyə məxsusdur.

Son xəbərlər

Orphus sistemi