“Amrah Bank”ın zərəri 69% azalıb

“Amrah Bank”ın zərəri 69% azalıb “Amrah Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 202,122 milyon manat təşkil edib.
Maliyyə
30 Aprel , 2019 15:09
“Amrah Bank”ın zərəri 69% azalıb

“Amrah Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 202,122 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 1,9% azdır.

“Amrah Bank”ın aktivlərinin 107,458 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 20% böyüyüb.

Hesabat dövründə “Amrah Bank”ın cəmi öhdəlikləri 14,3% artaraq 184,293 milyon manata, o cümlədən depozit portfeli 16,2% artaraq 165,299 milyon manata çatıb, Bankın cəmi kapitalı isə 52% azalaraq 17,829 milyon manata düşüb.

Bu ilin I rübündə “Amrah Bank”ın faiz gəlirləri 3,031 milyon manat (ötən ilin I rübünə nisbətən 42,7% çox), faiz xərcləri 3,018 milyon manat (5,2% çox), qeyri-faiz gəlirləri 1,242 milyon manat (15,1% az), qeyri-faiz xərcləri 3,286 milyon manat (5% az), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmalar üzrə qənaəti isə 336 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb). Son nəticədə Bank rübü 1,695 milyon manat zərərlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 68,5% azdır.

Xatırladaq ki, "Amrahbank" 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun nizamnamə kapitalı 39,844 milyon manatdır. Bankın səhmlərinin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə (Müşahidə Şurasının sədri, “Amrah Sığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) sədri və 85%-lik səhmdarı), 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə (“Amrah Sığorta”nın 15%-lik səhmdarı), 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.

Son xəbərlər

Orphus sistemi