AMFA rəhbərliyi "Report" İnformasiya Agentliyində olub - FOTO

AMFA rəhbərliyi "Report" İnformasiya Agentliyində olub - FOTO Süleyman Kələşov və Jalə Hacıyeva Agentliyə geniş müsahibə veriblər
Maliyyə
2 Dekabr , 2016 12:48
AMFA rəhbərliyi Report İnformasiya Agentliyində olub - FOTO

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) İdarə Heyətinin (İH) sədri və “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) İH-nin üzvü Süleyman Kələşov, eləcə də AMFA-nın icraçı direktoru Jalə Hacıyeva "Report" İnformasiya Agentliyində olublar.

Qonaqlara Agentliyin fəaliyyəti barədə məlumat verilib. Onlar müxtəlif şöbələrin işi ilə tanış edilib. Daha sonra AMFA rəhbərliyi "Report"un iqtisadiyyat şöbəsinin əməkdaşları ilə görüşüblər və geniş müsahibə veriblər.

Müsahibə zamanı S.Kələşov və J.Hacıyeva mikromaliyyə sektorunda cari vəziyyət, BOKT-ların yaranmış yeni iqtisadi şəraitdə fəaliyyəti, post-neft dövründən gözləntiləri, vaxtı keçmiş kreditlərin qaytarılması ilə bağlı üzləşdiyi problemlər, Azərbaycanda yaradılması gözlənilən ilk özəl kredit bürosunun perspektivləri və digər məqamlarla bağlı suallara ətraflı cavab veriblər.

Son xəbərlər

Orphus sistemi