AMFA: BOKT-ların dövlət vəsaitlərinə çıxışı olmalıdır

AMFA: BOKT-ların dövlət vəsaitlərinə çıxışı olmalıdır Cəlal Əliyev: "Onlar üçün elə də böyük vəsait lazım deyil"
Maliyyə
6 Oktyabr , 2017 13:05
AMFA: BOKT-ların dövlət vəsaitlərinə çıxışı olmalıdır
Report/ Orkhan Azim

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) dövlətin manatla olan maliyyə resurslarına çıxışı olmalıdır."

“Report” xəbər verir ki, bu açıqlama ilə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) sədr müavini, “İnkişaf üçün maliyyə” MMC BOKT-un direktoru Cəlal Əliyev çıxış edib.

“Doğrudur, bu gün manatın məzənnəsinin sabitliyini təmin etmək, qiymət artımını cilovlamaq üçün sterilizasiya tədbirləri həyata keçirilir, manat kütləsi sıxılır, amma BOKT-ların indiki durumunda müvəqqəti də olsa onlara dövlətin – Azərbaycan Mərkəzi Bankının resurslarından istifadə etmək imkanı yaradılsa, pis olmaz. Onlar üçün elə də böyük vəsait lazım deyil”, - C.Əliyev deyib.

Son xəbərlər

Orphus sistemi