Amerika indekslərində yüksəlmə qeydə alınıb

Amerika indekslərində yüksəlmə qeydə alınıb ABŞ-da koronavirusa qarşı peyvəndin hazırlanması ilə bağlı ümidverici bəyanatlar Nyu-York Fond Birjasında (NYSE) keçirilən hərracda əsas indekslərin yüksəlməsinə gətirib çıxarıb.
Maliyyə
19 May , 2020 01:17
Amerika indekslərində yüksəlmə qeydə alınıb

ABŞ-da koronavirusa qarşı peyvəndin hazırlanması ilə bağlı ümidverici bəyanatlar Nyu-York Fond Birjasında (NYSE) keçirilən hərracda əsas indekslərin yüksəlməsinə gətirib çıxarıb.

“Report” xəbər verir ki, Amerika fond bazarında Dow Jones indeksi 3,85% bahalaşaraq 24 597,37 bənd, S&P 500 3,15% artaraq 2 953,90 bənd, Nasdaq isə 2,43% yüksələrək 9 233,85 bənd təşkil edib.

“WTI” markalı yüngül neftin iyun fyuçerslərinin qiyməti 31,82 ABŞ dolları təşkil edib.

“The Wall Street Journal” nəşri bildirib ki, “WTI” markalı yüngül neftin dekabr fyuçerslərinin qiyməti 34,07 ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi