AMB yerli bankların əməkdaşlarının investisiya fəaliyyətini məhdudlaşdırıb
- 20 dekabr, 2024
- 09:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nda dəyişiklik edib.
“Report” xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, investisiya şirkətlərinin əməkdaşları ilə yanaşı, bankların da əməkdaşlarına müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə investisiya xidməti (əməliyyatı) ilə eyni vaxtda mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və yaxud törəmə maliyyə alətləri ilə əməliyyatlar aparmaq qadağan edilib.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.