AMB-yə son bir ildə icbari avtosığorta üzrə 2 minə yaxın şikayət daxil olub

AMB-yə son bir ildə icbari avtosığorta üzrə 2 minə yaxın şikayət daxil olub Son bir ildə Azərbaycan Mərkəzi Bankında (AMB) avtomobillərin icbari sığortası üzrə 1 872 şikayət daxil olub.
Maliyyə
5 Oktyabr , 2022 11:38
AMB-yə son bir ildə icbari avtosığorta üzrə 2 minə yaxın şikayət daxil olub

Son bir ildə Azərbaycan Mərkəzi Bankında (AMB) avtomobillərin icbari sığortası üzrə 1 872 şikayət daxil olub.

"Report" xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, onların 1 261 ədədi qanunvericiliyə uyğun olaraq tam və yaxud qismən təmin edilib, 536 ədədi üzrə isə qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

Bundan başqa, sığortaçılara 107 icrası məcburi göstərişlər verilib, sığortalılara 724 min manat sığorta ödənişinin həyata keçirilməsi təmin edilib.

Son xəbərlər

Orphus sistemi