Bakı. 28 sentyabr. REPORT.AZ/ “Meqa Sığorta” ASC nağd pulun sığortalanması üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) açıq tenderinin qalibi elan olunub.
Bu barədə "Report" Şirkətə istinadən xəbər verir.
Xatırladaq ki, AMB balansında olan əsas vəsaitlərin sığorta xidmətləri üçün tenderi iyunun 8-də elan etmişdi.
"Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən "BE&G" sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 5 000 manat olan 2 900 səhm əsasında formalaşıb. Şirkətin səhmlərinin 19%-i Rauf Zeynal oğlu Əliyevə, 19%-i Zeynal Hacıməmməd oğlu Əliyevə, 19%-i Nəzakət Zakir qızı İsmayılovaya, 19%-i Zaur Zakir oğlu Quliyevə, 15%-i Yaşar Feyzi oğlu Qurbanova (Müşahidə Şurasının sədri, "Rabitəbank" ASC-nin 11,34%-lik səhmdarı), 9%-i isə Əli Eldar oğlu İsmayılova məxsusdur.