AMB və kommersiya bankları arasında xarici valyutanın alqı-satqısı qaydası dəyişib

AMB və kommersiya bankları arasında xarici valyutanın alqı-satqısı qaydası dəyişib Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 noyabr 2022-ci il tarixli qərarı ilə, qurumla kommersiya bankları arasında xarici valyutanın alqı-satqısının yenilənmiş qaydası təsdiq edilərək Hüquqi Aktların Dövlət Reyestrinə daxil olunub və ötən gün
Maliyyə
1 Dekabr , 2022 17:20
AMB və kommersiya bankları arasında xarici valyutanın alqı-satqısı qaydası dəyişib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 noyabr 2022-ci il tarixli qərarı ilə, qurumla kommersiya bankları arasında xarici valyutanın alqı-satqısının yenilənmiş qaydası təsdiq edilərək Hüquqi Aktların Dövlət Reyestrinə daxil olunub və ötən gündən qüvvəyə minib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, yenilənmiş qayda “Valyuta tənzimi haqqında” qanunun 3-cü maddəsinin 6-cı və 7-ci hissələrinə və "AMB haqqında" qanunun 22.0.4-cü maddəsinə uyğun olaraq hazırlanıb. Qaydada valyuta əməliyyatlarının üsulları, forması, şərtləri hazırda istifadə olunan təcrübəyə uyğun müəyyən edilib, AMB-nin daxili valyuta bazarında istifadə edə biləcəyi alətlər siyahısında hazırda istifadə olunan alətlərlə yanaşı, valyuta bazarında zərurət yaranacağı halda aparıla bilən digər potensial alətlər, o cümlədən forvard, svop, opsion əməliyyatları, həmin alətlər üzrə qiymətin hesablanması metodologiyası da qaydalarda öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi