AMB valyuta ehtiyatlarının idarə olunmasından 75 mln. dollar əldə edib

Maliyyə
  • 30 oktyabr, 2018
  • 07:40
AMB valyuta ehtiyatlarının idarə olunmasından 75 mln. dollar əldə edib
AMB sədri Elman Rüstəmov
Report/ Firi Salim

Bakı. 30 oktyabr REPORT.AZ/ Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 5,537 mlrd. dollardır.

"Report"un verdiyi xəbərə görə, bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, bu da ilin əvvəli ilə müqaysədə 203 mln. dollar çoxdur: “Bunun 75 mln. dolları valyuta ehtiyatlarının idarə olunmasından əldə edilib”.