AMB sədri koronavirusun iqtisadiyyata təsirini qiymətləndirib

AMB sədri koronavirusun iqtisadiyyata təsirini qiymətləndirib
Maliyyə
325
3 Mart , 2020 09:48
AMB sədri koronavirusun iqtisadiyyata təsirini qiymətləndirib

Yeni növ koronavirusun yayılması iqtisadi perspektivlərə və maliyyə bazarlarının fəaliyyətinə risklər yaradır.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard bildirib.

“Koronavirusun yaranması ilə bağlı vəziyyət çox sürətlə inkişaf edir və iqtisadi perspektivlər, maliyyə bazarlarının fəaliyyəti üçün risklər yaradır. AMB hadisələri və onların iqtisadiyyat üçün fəsadlarını yaxından izləyir”, - Laqardın bəyanatında deyilir.

AMB sədri təşkilatın əsas risklərə nisbətdə “məqsədyönlü tədbirlər” görməyə hazır olduğunu da söyləyib.

Qeyd edək ki, ötən ilin sonlarında Çinin Hubey əyalətinin Uhan şəhərində yeni növ koronavirusun yayılması qeydə alınıb. COVID-19 adı alan virusa indiyə qədər Çində 80 mindən, Çindən kənarda isə 8,7 mindən çox adam yoluxub. Çində 2 943, Çindən kənarda isə 128 nəfər virusun qurbanı olub.