AMB sədri: "​Azərbaycanda inflyasiya proqnozlardan aşağıdır"

AMB sədri: "​Azərbaycanda inflyasiya proqnozlardan aşağıdır" Elman Rüstəmov: "Milli valyutamızın sabitliyi bundan sonra da təmin ediləcək"
Maliyyə
18 Noyabr , 2014 11:32
AMB sədri: ​Azərbaycanda inflyasiya proqnozlardan aşağıdır
Bakı. 18 noyabr. REPORT.AZ/ Bu il Azərbaycanda müşahidə olunan inflyasiya proqnozlaşdırlandan da aşağı səviyyədədir. “Report”un xəbər verdiyi kimi, bunu Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov bəyan edib.

Onun sözlərinə görə, bu baxımdan Azərbaycan dünya ölkələri sırasında inflayisa səviyyəsinə görə ən aşağı göstəricisi olan ölkələr sırasında yer alıb: "Hazırda Azərbaycandakı inflyasiya inkişaf etmiş ölkələrlə eyni səviyyədədir".

E.Rüstəmov eyni zamanda bəyan edib ki, manatın sabitliyi də qorunub saxlanılıb. “Milli valyutamızın sabitliyi bundan sonra da təmin ediləcək. Manat hətta bir sıra dövlətlərdə qəbul olunur”, - deyə AMB sədri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi