AMB: "Qlobal trendlərin yerli bank sisteminə əhəmiyyətli təsiri gözlənilmir"

AMB: "Qlobal trendlərin yerli bank sisteminə əhəmiyyətli təsiri gözlənilmir" Azərbaycan Mərkəzi Bank (AMB) qlobal trendlərin yerli bank sisteminə əhəmiyyətli təsirini gözləmir.
Maliyyə
30 Mart , 2023 17:44
AMB: Qlobal trendlərin yerli bank sisteminə əhəmiyyətli təsiri gözlənilmir

Azərbaycan Mərkəzi Bank (AMB) qlobal trendlərin yerli bank sisteminə əhəmiyyətli təsirini gözləmir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq qurumdan bildirilib.

"ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) pul siyasətini sərtləşdirməsi fonunda faiz dərəcələrini artırması beynəlxalq maliyyə bazarlarında qiymətli kağızların dəyərinin azalmasını şərtləndirib. Qeyd edilən qlobal trendlərin Azərbaycan bank sisteminə əhəmiyyətli təsiri gözlənilmir.

Belə ki, bank sektorunun maliyyələşməsi və investisiya siyasəti əsasən daxili resurslar hesabına təmin olunur. Eyni zamanda, yerli bankların xarici banklarda müxbir hesabları üzrə əməliyyatlar daim diqqətdə saxlanılır. AMB bu istiqamətdə davamlı təhlil və monitorinqlər apararaq situasiyanı diqqət mərkəzində saxlayır, davamlı olaraq preventiv tədbirlər həyata keçirir.

Azərbaycan bank sektorunun kapital və likvidlik mövqeyi hazırda minimum tələbləri iki dəfəyə yaxın üstələyir. Ümumilikdə, maliyyə sektorunun bütün seqmentlərinin cari vəziyyəti, riskləri və şoklara qarşı dayanıqlığı barədə AMB internet səhifəsində yarımillik əsasda açıqlanan “Maliyyə sabitliyi hesabatı”nda ətraflı məlumat verib", - deyə açıqlamada qeyd olunub.

Son xəbərlər

Orphus sistemi