AMB: Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların 81%-i neft-qaz sektorunun payına düşüb

AMB: Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların 81%-i neft-qaz sektorunun payına düşüb Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində birbaşa investisiyalar formasında xaricdәn cәlb olunmuş sәrmayәlәrin ümumi mәblәği 2,9 mlrd. dollar olub.
Maliyyə
17 Dekabr , 2018 13:36
AMB: Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların 81%-i neft-qaz sektorunun payına düşüb
Report

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində birbaşa investisiyalar formasında xaricdәn cәlb olunmuş sәrmayәlәrin ümumi mәblәği 2,9 mlrd. dollar olub.

“Report”un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, ölkә iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun payı 81% tәşkil edib.

"2018-ci ilin yanvar-sentyabr aylarında tәdiyә balansında birbaşa investisiyalar maddәsinin neft-qaz sektoru üzrә xalis maliyyә öhdәliklәrinin (278,8 mln. dollar) artımı cәlb olunmuş investisiya ilә (2382,3 mln.dollar) kapitalın repatriasiyası (2103.5 mln.dollar) arasındakı fәrqdәn formalaşır. Qiymәtlәndirmәlәrә görә, qeyri-neft sektoruna cәlb olunmuş birbaşa investisiyaların ümumi mәblәği 551,7 mln.dollar olub", - məlumatda qeyd olunub. 

Məlumata əsasən, 2018-ci ilin yanvar-sentyabr aylarında ölkәnin xalis maliyyә aktivlәri 3344.8 mln.dollar artıb: "Bu göstәrici xaricә yönәldilmiş birbaşa investisiyalar (1562,1 mln.dollar), portfel investisiyaları (622,7 mln.dollar), törәmә maliyyә alәtlәri (-3.2 mln.dollar) vә digәr investisiyalar (1163,2 mln.dollar) hesabına formalaşıb. Hesabat dövründә ölkәnin xalis maliyyә öhdәliklәri isә 881,2 mln.dollar tәşkil edib ki, bu da xaricdәn cәlb olunmuş xalis birbaşa investisiyalar (533,6 mln.dollar), neft bonusu (450,1 mln.dollar), portfel investisiyaları (-348.8 mln.dollar), törәmә maliyyә alәtlәri (-4.3 mln.dollar) vә digәr investisiyalar (250,6 mln.dollar) hesabına formalaşıb."

Son xəbərlər

Orphus sistemi