AMB: Not emissiyası 5 dəfəyə yaxın azalıb

AMB: Not emissiyası 5 dəfəyə yaxın azalıb Bu ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankının (AMB) emissiya etdiyi notların məbləği 4,6 dəfə azalıb.
Maliyyə
18 Dekabr , 2024 11:07
AMB: Not emissiyası 5 dəfəyə yaxın azalıb

Bu ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankının (AMB) emissiya etdiyi notların məbləği 4,6 dəfə azalıb.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu ilin noyabr ayında və dekabr ayının ötən dövründə 1DAZIR indeksi müvafiq olaraq 7,66 % və 7,79 % olmaqla faiz dəhlizinin daxilində formalaşıb. Təminatsız bazarda aktivlik yüksək olaraq qalır. Təminatsız pul bazarında baş tutan orta günlük əməliyyatların məbləği noyabrda 627,3 milyon manat, dekabrın ötən dövründə isə 402,3 milyon manat olub.

“Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər, bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. AMB hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq ilin əvvəlindən sterilizasiya əməliyyatlarının məbləğini kəskin azaldıb”- deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi