AMB-nin tenderi baş tutmayıb

AMB-nin tenderi baş tutmayıb Qurum tenderin müddətini növbəti dəfə uzatmaqdan imtina edib
Maliyyə
16 Fevral , 2017 09:15
AMB-nin tenderi baş tutmayıb

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) metal pul nişanlarının məhv edilməsi sistemlərinin satın alınması üçün elan etdiyi tender baş tutmayıb.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, Tender Komissiyasının 14 fevral 2017-ci il tarixli qərarı ilə tender baş tutmamış hesab edilib.

Xatırladaq ki, sözügedən tenderi AMB ötən ilin sentyabr ayında elan edib. Bundan sonra 2 dəfə tender üçün təkliflərin qəbulu müddəti uzadılıb.

Son xəbərlər

Orphus sistemi