AMB-nin saxlancına daha 363 kq qızıl təhvil verilib

AMB-nin saxlancına daha 363 kq qızıl təhvil verilib Hazırda saxlancda olan qızılın həcmi 2 tona yaxındır
Maliyyə
29 İyul , 2017 08:59
AMB-nin saxlancına daha 363 kq qızıl təhvil verilib
Report

Bakı. 29 iyul. REPORT.AZ/ Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra iyulun 27-də Azərbaycana gətirilib. 

Bu barədə “Report”a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan hökumətinin mənfəət payı olan - 11655,2 troy unsiya (362,6 kiloqram) miqdarında növbəti partiya qızıl külçələrini nazirliyin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti qəbul edib və Azərbaycan Mərkəzi Bankında (AMB) yerləşdirilib. 

Bundan əvvəl isə həmin yataqdan hasil edilmiş Azərbaycan hökumətinin mənfəət payı olan -49158,6 troy unsiya (1529,1 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək AMB-də saxlanca verilib.

Ümumilikdə, bu günkü tarixə AMB-də saxlancda olan Azərbaycan hökumətinə məxsus qızılın miqdarı 60813,8 troy unsiyaya (1891,7 kiloqrama) çatdırılıb. Onun bu günə bazar dəyəri 75,8 mln. ABŞ dolları təşkil edir.

Son xəbərlər

Orphus sistemi