AMB-nin notlarına tələb təklifi 4 dəfə üstələyib

AMB-nin notlarına tələb təklifi 4 dəfə üstələyib Bakı. 22 noyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100365S dövlət qeydiyyat nömrəli, 200 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
22 noyabr 2017 11:47
AMB-nin notlarına tələb təklifi 4 dəfə üstələyib
Report

Bakı. 22 noyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100365S dövlət qeydiyyat nömrəli, 200 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 17 investor qiyməti 99,2278 manat (10,01%) olan 24 sifariş təqdim edib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 763 660 900 manat təşkil edib. Bununla da notların hamısı yerləşdirilib.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,2278 manat (10,01%) müəyyən edilib.

Qiymətli kağızların ödəmə tarixi 20 dekabr 2017-dir. 

Son xəbərlər

Orphus sistemi