Bakı. 7 fevral. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100667S dövlət qeydiyyat nömrəli, 150 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 17 investor qiyməti 99,2278 manat (10,01%) olan 23 sifariş təqdim edib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 414 021 500 manat olub.
AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,2278 manat (10,01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş məbləği 150 mln. manat təşkil edib.
Notların ödəmə tarixi 7 mart 2018-ci ildir.