AMB-nin notları ilə bağlı hərracda tələb təklifi 3 dəfədən çox üstələyib

AMB-nin notları ilə bağlı hərracda tələb təklifi 3 dəfədən çox üstələyib Bu gün qurumun qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
5 İyul , 2017 16:57
AMB-nin notları ilə bağlı hərracda tələb təklifi 3 dəfədən çox üstələyib
Report

Bakı. 5 iyul. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100457S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 100 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 7 investor 9 sifariş təqdim edib.

Sifarişlərin nominal üzrə ümumi məbləği 320 429 500 manat təşkil edib. Sifarişlər 99,2278 manat (10,01%) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə və orta ölçülmüş qiyməti 99,2278 manat (10,01%), səviyyəsində AMB tərəfindən müəyyən olunub.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 100 mln. manat məbləğində müəyyən edilib.

Qiymətli kağızların ödəmə tarixi 2 avqust 2017-ci ildir.

Son xəbərlər

Orphus sistemi