AMB-nin notları dövlət qeydiyyatına alınıb

AMB-nin notları dövlət qeydiyyatına alınıb Qiymətli kağızların tədavül müddəti 28 gündür
Maliyyə
15 Fevral , 2017 10:46
AMB-nin notları dövlət qeydiyyatına alınıb

Bakı. 15 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Mərkəzi Bankının not emissiyasını (50100753S) dövlət qeydiyyatına alıb.

Bu barədə “Report”a Palatadan bildirilib.

Məlumata görə, emissiya hər birinin nominal dəyəri 100 manat olan 500 min ədəd dövlət qısamüddətli notlarının buraxılışını nəzərdə tutur.

Qiymətli kağızların tədavül müddəti 28 gündür.