AMB-nin İdarə Heyətinin üzvləri təsdiq edilib

AMB-nin İdarə Heyətinin üzvləri təsdiq edilib Bu vəzifəyə Alim Səlim oğlu Quliyev, Vadim Ələddin oğlu Xubanov və Aftandil Qasım oğlu Babayev təsdiqlənib
Maliyyə
7 Mart , 2017 13:06
AMB-nin İdarə Heyətinin üzvləri təsdiq edilib

Bakı. 7 mart. REPORT.AZ/ Milli Məclis Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinə dövlət başçısı tərəfindən namizədliyi irəli sürülən üzvləri təsdiq edib. "Report" xəbər verir ki, bu vəzifəyə üç nəfər - Alim Səlim oğlu Quliyev, Vadim Ələddin oğlu Xubanov və Aftandil Qasım oğlu Babayevin namizədliyi irəli sürülmüşdür. 

Qeyd edək ki, bu il fevralın 28-də Prezident İlham Əliyev tərəfindən AMB-nin İdarə Heyətinə üzv seçilməsi ilə bağlı bu üç nəfərin namizədliyi irəli sürülüb. Hər üç namizədin məsələsi təsdiq olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, Elman Rüstəmov 2015-ci ilin aprelində 5 il müddətinə Mərkəzi Bankın sədri vəzifəsinə, Xəqani Abdullayev sədrin müavini vəzifəsinə təyin edilib.

A.Quliyev və V.Xubanov 2012-cı ilin fevralında Milli Məclisinin qərarı ilə dördüncü dəfə, A.Babayev isə üçüncü dəfə Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib.

Son xəbərlər

Orphus sistemi