AMB-nin dövriyyədə olan notlarının həcmi 100 mln. manata çatıb

AMB-nin dövriyyədə olan notlarının həcmi 100 mln. manata çatıb Notların orta illik gəlirliliyi isə 12,01%-dir
Maliyyə
25 May , 2017 12:21
AMB-nin dövriyyədə olan notlarının həcmi 100 mln. manata çatıb
Report

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədə olan notlarının həcmini açıqlayıb.

“Report” AMB-yə istinadən xəbər verir ki, hazırda bu rəqəm təxminən 3 aylıq fasilədən sonra yenidən 100 mln. manat təşkil edir. 

Notların orta illik gəlirliliyi isə 12,01%-dir.

Xatırladaq ki, AMB not emissiyasına 2007-ci ilin əvvəlindən başlayıb. Qurumun dövriyyədə olan notlarının ən yüksək həcmi 2008-ci ilin yanvar ayında (273,36 mln. manat), ən yüksək gəlirliliyi isə ötən ay (14,98%) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi