Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib.
“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 200 mln. manat vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 76,75% çox - 353,5 mln. manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,58% təşkil edib.