AMB-nin depozit hərracında tələb təklifi 6% üstələyib

Maliyyə
  • 14 aprel, 2017
  • 08:52
AMB-nin depozit hərracında tələb təklifi 6% üstələyib
Report

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib.

“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 250 mln. manat vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 5,5% çox - 263,75 mln. manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,14% təşkil edib. 

44 filmi