AMB-nin banklara və BOKT-lara qarşı tələbi artıb

AMB-nin banklara və BOKT-lara qarşı tələbi artıb Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının və bank olmayan kredit təşkilatlarının (BOKT) Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri bu il avqustun 1-nə 6 050,7 mln. manat təşkil edib.
Maliyyə
3 Sentyabr , 2018 10:33
AMB-nin banklara və BOKT-lara qarşı tələbi artıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının və bank olmayan kredit təşkilatlarının (BOKT) Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri bu il avqustun 1-nə 6 050,7 mln. manat təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, bu, iyulun 1-i ilə müqayisədə 44,8 mln. manat və yaxud 0,8% çoxdur.

Son 1 ildə isə AMB-nin banklara və BOKT-lara tələbi 1066,7 mln. manat və yaxud 15% azalıb.

Xatırladaq ki, indiyə qədər bankların AMB-yə öhdəliklərinin maksimal həddi 2016-cı ilin oktyabr ayında qeydə alınıb və 7 507 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi