AMB əhaliyə xidmət üzrə nağd pul ofisinin fəaliyyətini müvəqqəti dəyandırır

AMB əhaliyə xidmət üzrə nağd pul ofisinin fəaliyyətini müvəqqəti dəyandırır Mərkəzi Bank tərəfindən əhalidə olan tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə Bakı şəhərində əhaliyə xidmət üzrə təşkil olunan
Maliyyə
10 Sentyabr , 2024 16:21
AMB əhaliyə xidmət üzrə nağd pul ofisinin fəaliyyətini müvəqqəti dəyandırır

Sabahdan başlayaraq 2 gün ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasındakı “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb 13-15 sentyabrda paytaxtda keçiriləcək “2024 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılmasıdır.

“Nağd pul ofisi” növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcək. Əlavə suallarla bağlı AMB-nin “Qaynar xətt”inə (966) müraciət oluna bilər.

Xatırladaq ki, Bülbül prospektindəki "Nağd pul ofisi" həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 13:00-a qədər fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi