AMB: Əgər pulun mənbəyi təqdim edilsə, daha çox xarici valyuta almaq olar

AMB: Əgər pulun mənbəyi təqdim edilsə, daha çox xarici valyuta almaq olar Azərbaycanda xarici valyuta alışında 20 min ABŞ dollarlıq limitin olması bankların daxili nəzarət sistemlərinin idarə edilməsi ilə bağlıdır
Maliyyə
148
30 Aprel , 2021 13:06
AMB: Əgər pulun mənbəyi təqdim edilsə, daha çox xarici valyuta almaq olar

“Azərbaycanda xarici valyuta alışında 20 min ABŞ dollarlıq limitin olması daxili təhlükəsizlik yox, bankların daxili nəzarət sistemlərinin idarə edilməsi ilə bağlı məsələdir”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyev bu limitin tədbiq olması ilə bağlı məsələlərə aydınlıq gətirərkən deyib.

T.Əliyevin sözlərinə görə, qanunvericiliyə müvafiq olaraq risklilik səviyyəsindən asılı olaraq müəyyən əməliyyatlarla əlaqədar daxili nəzarət sistemlərində müvafiq olaraq tədbirlər görürlər:

“Bilirsiniz ki, nağd əməliyyatlar riskli əməliyyatlardır. Ona görə də onların mahiyyəti, məqsədi və sair ilə bağlı müəyyən məlumatları dəqiqləşdirirlər. Ona görə də hər hansı vətəndaş, müştəri almaq istədiyi xarici valyuta müqabilində banka təqdim etdiyi manat vəsaitinin necə əldə olunmasını təqdim etdikdə heç bir məhdudiyyət olmadan bu əməliyyatları apara bilərlər.

Misal üçün, bu əmlak satışı, əməkhaqqı və s. mənbə hesabına ola bilər. Banklar sadəcə olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq eyniləşdirmə, əməliyyatların məqsədi və mahiyyəti barədə dəqiqləşdirmə apardıqdan sonra bu əməliyyatları icra edir. Əgər spekulyativ yollara yəni qara bazara xidmət edən hallar olduğu təqdirdə qanunvericiliyin tələblərinə müvafiq olaraq banklar bu əməliyyatların aparılmasından imtina edirlər və müvafiq qaydada məlumatları təqdim edirlər. Bu qanunvericilik birinci gün deyil ki, ölkədə mövcuddur. Bundan əvvəllər də mövcud olub”.

Son xəbərlər

Orphus sistemi