AMB büdcə kəsirinin maliyyələşdirilməsi ilə bağlı təkliflərlə çıxış edib

AMB büdcə kəsirinin maliyyələşdirilməsi ilə bağlı təkliflərlə çıxış edib Azərbaycan Mərkəzi Bankı (AMB) dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün daxili borclanmanın 1,8 milyard manatdan çox olmamasını, kəsirin əsasən qeyri-emissiya mənbələri hesabına maliyyələşdirilməsini, tədricən azaldılmasını məqbul hesab edir.
Maliyyə
25 Noyabr , 2024 14:56
AMB büdcə kəsirinin maliyyələşdirilməsi ilə bağlı təkliflərlə çıxış edib

Azərbaycan Mərkəzi Bankı (AMB) dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün daxili borclanmanın 1,8 milyard manatdan çox olmamasını, kəsirin əsasən qeyri-emissiya mənbələri hesabına maliyyələşdirilməsini, tədricən azaldılmasını məqbul hesab edir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Bununla belə, onun sözlərinə görə, AMB ümumilikdə büdcə layihəsinin fiskal qayda çərçivəsində tərtib olunmasını, müəyyən edilmiş meyarların gözlənilməsini müsbət qiymətləndirir.

"2025-ci ildə büdcə xərclərinin 2024-cü ilin gözlənilən icra göstəricisi ilə müqayisədə 5,4 % artırılmasını məqbul hesab edir, büdcə kəsirinin 303 milyon manat azaldılmasını müsbət dəyərləndiririk", - deyə sədr qeyd edib.

Son xəbərlər

Orphus sistemi