AMB bu ay depozit hərraclarında 1,8 mlrd. manata yaxın vəsait cəlb edib

AMB bu ay depozit hərraclarında 1,8 mlrd. manata yaxın vəsait cəlb edib Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərraclarında iyul ayında 1,750 mlrd. manat cəlb edib.
Maliyyə
30 İyul , 2018 12:14
AMB bu ay depozit hərraclarında 1,8 mlrd. manata yaxın vəsait cəlb edib

Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərraclarında iyul ayında 1,750 mlrd. manat cəlb edib.

“Report” quruma istinadən xəbər verir ki, ay ərzində cəmi beş hərrac keçirilib və hər hərracda eyni məbləğdə vəsait (350 mln. manat) cəlb olunub.

Hər bir hərracda tələb təklifi üstələyib və hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib. Hərracda tələb təklifdən 2,6 dəfə çox – 904,09 mln. manat olub. 23 iyulda keçirilmiş hərracda isə tələb 877,59 mln. manat, 16 iyulda 886,4 mln.manat, 9 iyulda 845,27 mln. manat, 2 iyulda 762,4 mln. manat olub.

Son xəbərlər

Orphus sistemi