Azərbaycan Mərkəzi Bankı (AMB) bankların kəşbək kampaniyaları onların maliyyə dayanıqlılığına təsirini görsə, xərclərin optimizasiyası istiqamətində göstəriş verə bilər.
"Report" xəbər verir ki, bunu AMB-nin baş direktoru Toğrul Əliyev qurumun "2024-cü ilin yarım illiyinə həsr olunan Maliyyə sabitliyi" hesabatının təqdimatında deyib.
Onun sözlərinə görə, kəşbək məbləğləri bankların biznes modelindən aslıdır və strategiyalarına uyğun olaraq aparılır.
"Sözsüz ki, mənfəət-zərərliliyinin təhlili nəticəsində maliyyə dayanıqlılığına təhdidlər yaradacaq stiuasiyalar yaranarsa, Mərkəzi Bank tərəfindən xərclərin optimizasiyası istiqamətində banklara göstəriş verilə bilər. Bu addım həmin xərclərin izafi artımının bankın maliyyə dayanıqlılığına təhdidlər yaradarsa atıla bilər", - T. Əliyev bildirib.