AMB: "Azərbaycanın maliyyə bazarı regionda ən sürətli inkişaf edən bazarlardandır"

AMB: "Azərbaycanın maliyyə bazarı regionda ən sürətli inkişaf edən bazarlardandır" Bu gün Azərbaycanın maliyyə bazarı regionda ən sürətli inkişaf edən bazarlardan biridir.
Maliyyə
30 Noyabr , 2023 16:56
AMB: Azərbaycanın maliyyə bazarı regionda ən sürətli inkişaf edən bazarlardandır
Fərid Osmanov

Bu gün Azərbaycanın maliyyə bazarı regionda ən sürətli inkişaf edən bazarlardan biridir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov bu gün Bakıda keçirilən "Inmerge" İnnovasiya Sammiti çərçivəsində keçirilən "Açıq Bankçılıq və API Qaydaları: Təhlükəsiz Məlumat Paylaşımını və Ödəniş İnnovasiyasını təmin etmək" adlı paneldə deyib.

F.Osmanovun sözlərinə görə, bu uğur bütün maliyyə sektorunun uğurudur:

“Rəqəmlərə fikir versək bir daha nağdsız ödənişlərin portfelinin artmasını görə bilərik. Bu il qeyri-nağd ödənişlər portfeli 2 dəfə artıb. Sadəcə bir ildə mobil ödənişlər 2,4 dəfə artıb. Ödənişlərin təxminən 50 %~i nağdsız qaydada həyata keçirilir. Bu isə genişlənməyə daha çox imkanın olmasını göstərir".

AMB-nin baş direktoru vurğulayıb ki, Mərkəzi bankın strategiyası iki hissədən ibarətdir: "Birincisi klassik tənzimləyici olaraq bazarı tənzimləməliyik. Paralel olaraq ədalətli rəqabəti təbliğ etməliyik. Biz istəyirik ki, bazarı fintexlər üçün təşviq edək. Xarici fintexlərə təklif edirik ki, gəlsinlər və Azərbaycanda maliyyə xidmətləri göstərsinlər”.

Son xəbərlər

Orphus sistemi