Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 848,5 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 408,3 milyon ABŞ dolları pul köçürüb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 33,75 % az və 1,6 % çoxdur.
O bildirib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiyadan (410,7 milyon ABŞ dolları), Türkiyədən (130,3 milyon ABŞ dolları), ABŞ-dan (48 milyon ABŞ dolları), Gürcüstan (26,6 milyon ABŞ dolları) və Böyük Britaniyadan (25,5 milyon ABŞ dolları) daxil olub.
9 ayda ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (118,1 milyon ABŞ dolları), ABŞ (45 milyon ABŞ dolları), Rusiya (44,3 milyon ABŞ dolları), Gürcüstan (36,1 milyon ABŞ dolları) və Birləşmiş Krallıq (22 milyon ABŞ dolları) qərarlaşıb.