AMB: 10 sığorta şirkətinin mobil tətbiqi yoxdur

AMB: 10 sığorta şirkətinin mobil tətbiqi yoxdur Azərbaycandakı sığorta şirkətlərindən 10-nun mobil tətbiqi yoxdur.
Maliyyə
16 Aprel , 2024 15:44
AMB: 10 sığorta şirkətinin mobil tətbiqi yoxdur

Azərbaycandakı sığorta şirkətlərindən 10-nun mobil tətbiqi yoxdur.

"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Insurtech" zirvə toplantısında Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev bildirib.

"AMB-nin sığorta şirkətləri arasında keçirdiyi sorğu nəticəsində məlum olub ki, onlardan 4-də mobil tətbiq tam, 2-də isə qismən fəaliyyət göstərir", - deyə o qeyd edib.

***

Bundan başqa, AMB rəsmisinin sözlərinə görə, ölkədəki əksər sığorta şirkətlərinin rəqəmsal transformasiya vizionu və xəritəsi qismən mövcuddur: "Sığorta şirkətləri arasında keçirdiyimiz sorğu nəticəsində müəyyən etdik ki, digər (qeyri-sığorta) şirkətlərin rəqəmsal transformasiya vizionu və yol xəritəsi tam mövcuddur. Sorğuda heç bir şirkət "mövcud deyil" cavabını verməyib", - deyə o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi