“Amazon”un bazar dəyəri ilk dəfə 1 trln. dolları keçib
Maliyyə
- 05 sentyabr, 2018
- 06:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 sentyabr. REPORT.AZ/ ABŞ-ın və dünyanın onlayn satış nəhəngi - "Amazon" şirkətinin bazar dəyəri ilk dəfə 1 trln. dolları keçib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu, onun 1 səhminin qiymətinin 2 050,5 dollara çatması nəticəsində məlum olub.
Daha sonra qiymət 2 036 dollara düşüb.
Xatırladaq ki, 2017-ci ilin sentyabr ayında “Amazon”un bazar dəyəri 470 mlrd. dollar olub. Beləliklə, il ərzində şirkət 2 dəfədən çox bahalaşıb.
Qeyd edək ki, “Amazon” dünyada bazar dəyəri 1 trln. dolları keçən 3-cü şirkətdir. ABŞ-ın “Apple” korporasiyası buna ötən ayın əvvəlində nail ola bilib. Çinin “PetroChina” şirkəti isə 2007-ci ildə bir neçə saatlıq müddətə 1 trln. dollardan baha olub.
Son xəbərlər
11:20
Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb
Xarici siyasət
11:17
İlham Əliyev Albaniya Prezidentini təbrik edib
Xarici siyasət
11:11
Azərbaycan dəri istehsalını 23 % artırıb
Sənaye
11:10
Azərbaycan dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb
Hadisə
11:00
Azərbaycandakı sığorta şirkətlərinin öhdəliklərinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
10:50
Foto
Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub
Sağlamlıq
10:48
Estoniya XİN rəhbəri: Tallin Bakı ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığa hazırdır - Eksklüziv
Xarici siyasət
10:45
Tsahkna: Estoniya Azərbaycanla yeni birgə layihələri hədəfləyir - Eksklüziv
Xarici siyasət
10:40
Bərdədə ər-arvad dəm qazından zəhərlənib, biri ölüb
Hadisə