Bu gün qlobal maliyyə bazarında ABŞ dollarının avroya və yapon yeninə qarşı məzənnəsində cüzi dəyişiklik olub.
“Report” xəbər verir ki, USD/EUR nisbəti 1,2157-dən 1,2163-ə, JPY/USD nisbəti isə 103,85-dən 104-ə qalxıb.
ABŞ dollarının 6 başlıca ticarət tərəfdaşı olan ölkələrin pul vahidlərinə qarşı məcmu məzənnəsi, yəni dollar indeksi isə 0,02 bənd azalaraq 90,34 bənd təşkil edib.
Xatırladaq ki, bir qədər əvvəl Almaniyanın Federal Statistika Bürosu ("Destatis") ölkənin ümumi daxili məhsulunun 10 ildən sonra ilk dəfə 2020-ci ildə 5 % azalması barədə açıqlama verib. Bu açıqlama əks-səda doğurub və avronun dollar qarşısında məzənnəsinə təsirsiz ötüşməyib.
Bu arada ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden bu gün iqtisadi proqramını açıqlayacağını, koronavirusun fəsadlarını dəf edərək iqtisadiyyatı dirçəltmək üçün “trilyonlarla dollarlıq sərmayələr”ə ehtiyac olduğunu bildirib.