Almaniyanın ötənilki dövlət büdcəsində 14 milyard avro qalıq yaranıb

Almaniyanın ötənilki dövlət büdcəsində 14 milyard avro qalıq yaranıb 2019-cu ildə Almaniyanın dövlət büdcəsinin gəlirləri 357,1 milyard avro, xərcləri isə 343,6 milyard avro təşkil edib. Son nəticədə büdcədə rekord məbləğdə - 13,5 milyard avro qalıq yaranıb.
Maliyyə
15 Yanvar , 2020 10:23
Almaniyanın ötənilki dövlət büdcəsində 14 milyard avro qalıq yaranıb

2019-cu ildə Almaniyanın dövlət büdcəsinin gəlirləri 357,1 milyard avro, xərcləri isə 343,6 milyard avro təşkil edib. Son nəticədə büdcədə rekord məbləğdə - 13,5 milyard avro qalıq yaranıb. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin hesabatında bildirilir. 

Məlumata görə, bununla da, büdcənin qalıq vəsaitlərinin ümumi məbləği 48 milyard avroya çatıb ki, bunun da 17,5 milyard avroluq hissəsinin necə xərclənəcəyi hələ planlaşdırılmayıb.

"İndi Almaniyada daha çox investisiya qoymaq imkanımız var. İnfrastruktur, təhsil, səhiyyə, iqlim dəyişikliyi qarşı mübarizə və ölkənin bütün bölgələrinə bərabər səviyyədə investisiya yatırmaq barədə müzakirələr aparılır", - maliyyə naziri Olaf Şholz bildirib. 

Rekord büdcə qalığına səbəb kimi ölkədə faiz dərəcələrinin aşağı olması, vergi yığımlarının proqnozu 3,5 milyard avro üstələməsi və Böyük Britaniyanın Avropa İttifaqının tərk etməsi ("Brexit") prosesinin ötən il başa çatmaması göstərilir. 

Son xəbərlər

Orphus sistemi