Almaniya sakinləri koronavirus pandemiyası şəraitində 2020-ci ilin yanvar ayından 2021-ci ilin yanvarına qədər 182 milyard avro yığıblar.
“Report” “Deusche Welle”yə istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Bankının məlumatında deyilir.
Ümumilikdə özəl bank hesablarındakı pulun miqdarı 1,73 trilyon avroya çatıb.
İFO İqtisadi Tədqiqatlar İnstitutu bunun 100 milyard avro civarında “qənaət profisiti” nəzərdə tutduğunu hesablayıb və bu rəqəmin 2021-ci ilin birinci rübündə daha da artacağını bildirib.
Eyni zamanda, maliyyə ekspertləri qeyd ediblər ki, pandemiya dövründə istehlakçılara, o cümlədən overdraft şəklində verilən kreditlərin miqdarı azalıb.
Almaniyanın qiymətləri müqayisə edən “Check24” saytının baş redaktoru Kristian Naunun sözlərinə görə, pandemiya dövründəki məhdudiyyətlər səbəbindən istehlakçılar daha az pul xərcləyirlər, banklar isə problemli maliyyə anlarında kimə borc verəcəklərindən ehtiyatlanırlar.