Almaniya parlamenti 2021-ci il üçün büdcəni milyardlarla dollar borcla qəbul edib
Maliyyə
- 11 dekabr, 2020
- 14:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniya Bundestaqı (parlamenti) 2021-ci il üçün büdcə layihəsini cümə günü son oxunuşda qəbul edib.
“Report” xəbər verir ki, bu barədə DPA agentliyi məlumat verib.
Yeni büdcənin təsdiqi ilə bağlı səsvermədə 361 deputat lehinə, 258 parlamentari isə əleyhinə səs verib. Bitərəf olmayıb.
Gələn il üçün büdcə 498,6 milyard avro təşkil edəcək. Bunlardan 179,8 milyard avro borc öhdəlikləri şəklindədir. Bunun üçün Bundestaq dövlət borcunun məhdudlaşdırılması mexanizmini dayandırmalı olub.
Bu il federativ respublikanın borcları 218 milyard avro təşkil edib. Bu, AFR tarixinin ən böyük göstəricisidir. Bundan əvvəl - 2015-ci ildən bəri respublika kəsirsiz büdcə qəbul edib və heç bir borc almayıb.
Son xəbərlər
15:42
Bahrom Aşrafxanov: Azərbaycan və Özbəkistan elmi əməkdaşlığı genişləndirməyi planlaşdırır
Xarici siyasət
15:37
Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir
Xarici siyasət
15:35
Azərbaycan Əlcəzairlə neft-kimya məhsullarının ticarətini müzakirə edib
Energetika
15:32
Azərbaycan tomat ixracından gəlirini 10 %-ə yaxın artırıb
Biznes
15:30
Qusev: Azərbaycan "Həmrəylik enerjisi" çərçivəsində Ukraynaya 20-yə yaxın generator verib
Xarici siyasət
15:25
Prezidentin köməkçisi: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir
Digər
15:19
Hikmət Hacıyev: İrana hücum edəcək İsrail qüvvələrinin ölkəmizdə olması ilə bağlı CNN-in xəbəri yalan idi
Media
15:17
Foto
İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub
Daxili siyasət
15:17
Qarabağ və Şərqi Zəngəzurda 100-dən çox kənd və qəsəbənin ərazi planlaşdırılması başa çatdırılıb
İnfrastruktur