"Alibaba" yenidən səhmlərini kütləvi tədavülə buraxmağa hazırlaşır

"Alibaba" yenidən səhmlərini kütləvi tədavülə buraxmağa hazırlaşır
Maliyyə
8 Noyabr , 2019 17:38
Alibaba yenidən səhmlərini kütləvi tədavülə buraxmağa hazırlaşır

inin elektron ticarət nəhəngi - "Alibaba Group Holding" yenidən səhmlərinin ilkin kütləvi tədavülünə (IPO) hazırlaşır. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, yerləşdirmə bu ayın son həftəsində Honqkonq birjasında baş tutacaq. 

Hərraca 15 milyard ABŞ dolları dəyərində qiymətli kağız çıxarılacaq. 

"Alibaba" məsələ ilə bağlı açıqlama verməyib. Xatırladaq ki, şirkət IPO-nu bu ilin avqust ayına planlaşdırırdı. Lakin ölkədəki siyasi qarışıqlıq buna imkan verməyib.