"Alibaba"nın səhmləri Honkonq birjasında debütdə bahalaşıb

"Alibaba"nın səhmləri Honkonq birjasında debütdə bahalaşıb Çinin elektron ticarət nəhəngi Alibaba Group Holdingin səhmləri çərşənbə axşamı səhər saatlarında Honkonq Fond Birjasında debütdə 6,3% bahalaşıb.
Maliyyə
26 Noyabr , 2019 11:46
Alibabanın səhmləri Honkonq birjasında debütdə bahalaşıb

Çinin elektron ticarət nəhəngi "Alibaba Group Holding"in səhmləri çərşənbə axşamı səhər saatlarında Honkonq Fond Birjasında debütdə 6,3% bahalaşıb.

"Report" TASS-a istinadən xəbər verir ki, əməliyyatların ilk saniyələrində bir qiymətli kağızın dəyəri birjaya yerləşdirildiyi 176 Honkonq dollarından (22,49 ABŞ dolları) 187 Honkonq dollarına (23,89 dollar) qədər artıb.

"Alibaba" ikinci listinq zamanı ümumilikdə 15 faiz əlavə opsiyalı 500 milyon adi səhm buraxıb. Bu, şirkətə toplamda 101,2 milyard Honkonq dolları (12,9 milyard ABŞ dollar) cəlb etməyə imkan verib.

Mövcud proses son doqquz il ərzində Honkonqda ən böyük birjaya yerləşdirmə olub. 2014-cü ildə qərargahı Hançjou şəhərində (Şərqi Çin) yerləşən "Alibaba" Nyu-York birjasında səhmlərin ilkin yerləşdirməsindən (IPO) sonra rekord məbləğdə - 25 milyard ABŞ dolları toplamışdı.

Son xəbərlər

Orphus sistemi