“Akkord"un 3 şirkəti nizamnamə kapitalını azaldır

Maliyyə
  • 16 noyabr, 2021
  • 13:50
“Akkordun 3 şirkəti nizamnamə kapitalını azaldır

“Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Körpü Tunel Tikinti”, “Akkord Nəqliyyat” və "Hydraulic Mechanisms Company" MMC-lər nizamnamə kapitalını azaldır.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, “Körpü Tunel Tikinti” kapitalını 8 min manat və yaxud 0,1% azaldaraq 7,187 milyon manatdan 7,179 milyon manata, “Akkord Nəqliyyat” kapitalını 4,123 milyon manat və yaxud 58,8% azaldaraq 7,01 milyon manatdan 2,887 milyon manata, "Hydraulic Mechanisms Company" isə kapitalını 503 min manat və yaxud 8,5% azaldaraq 5,929 milyon manatdan 5,426 milyon manata endirdiyini elan edib.

Xatırladaq ki, “Körpü Tunel Tikinti” və “Akkord Nəqliyyat” 2015-ci ildə, "Hydraulic Mechanisms Company" isə 2016-cı ildə yaradılıb.

44 filmi